AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.
Belə ki, xoşagəlməz olat Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununda baş verib. 52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2"nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulub.
Hər üç futbolçu 3 oyun cəzalanıb. "Zirə-2" 200 manat, “Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC