Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Presssport.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.
Belə ki, Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.
Xatırladaq ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla 4-cü dəfə Avropa çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC