"Qəbələ"nin rekordçusuna xüsusi hədiyyə

Premyer Liqanın XXXII turu çərçivəsində hazırda keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan öncə meydan sahiblərinin futbolçusu Ürfan Abbasov mükafatlandırılıb.

Presssport.az-ın Qəbələy eza olunmuş əməkdaş xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Zirə"yə qarşı cavab oyununda (0:2) bölgə təmsilçisinin forması ilə 300-cü oyununu keçirən 32 yaşlı müdafiəçiyə xüsusi forma hədiyyə olunub. 

Arxasında "300" yazılmış futbolkanı Ürfana "Qəbələ"nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev təqdim edib.

Xatırladaq ki, Ürfan vitse-kapitanı olduğu “Qəbələ”də ən çox oyun keçirən futbolçu kimi rekordçudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC