"Kəpəz"in qurtula bilmədiyi legioner: "Ya onu göndərib məhkəmədə görüşməliyik, ya da..."

“Vasilyuçek qış hazırlığına başladığımız ilk gündən bizimlə bir məşqə çıxdı. Sonra özünə izah elədik vəziyyəti. Bundan sonra əvəzedici heyətimizdə məşq edir, orda da qalacaq. Özünə nə vaxt klub tapacaq, fikirləşirik keçidinə şərait yaradaq”. Bu sözləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

47 yaşlı mütəxəssis qış fasiləsində 2 futbolçunu ona lazım olmayaraq, özünə klub tapmaları haqda məlumatlandırıb. Onlardan cinah yarımmüdafiəçisi Elnur Cəfərov I Liqa təmsilçisi “İmişli”yə cari mövsümün sonunadək icarəyə verilib.

Belaruslu qapıçı Vladislav Vasilyuçek isə hələ də gəncəlilərin sırasındadı. Şükürov deyib ki, klub tapmaq artıq futbolçunun özünə qalıb: “Futbolçu oynamaq istəyirsə, gələcəyini fikirləşirsə, təbii ki, özünə klub axtaracaq. Yox, buna barmaqarası yanaşırsa, artıq özünün karyerasına aid olan məsələdi. Müqavilə, onun şərltəri olaraq nədirsə, üzərimizə düşən öhdəliklərin hamısını tam şəkildə yerinə yetirməliyik. İki əcnəbi qapıçının olması bizə əlavə maddi yükdü ki, əlbəttə, bundan qurtulmaq istəyərdik. Amma Vladislavın bizimlə müqaviləsi varsa, buna uyğun pulunu alıb əvəzedicilərdə yer alacaq. Buna heç bir şey deyə bilmərik. Ya onu tam olaraq göndərib məhkəmədə görüşməlyik, ya da öhdəliyimizi yerinə yetirərək bu işə davam eləməli”.

Xatırladaq ki, cari çempionatda ilk dövrədə buraxdığı kobud səhvlərdən sonra əsas heyətdə yerini itirən 30 yaşlı Vasilyuçekin “Kəpəz”lə müqaviləsi cari mövsümün sonunadəkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC