Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.
Presssport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuar xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa" İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.
İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaq. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC