Avropa çempipnu oldu, dünya reytinqində irəlilədi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) may ayı üçün reytinq cədvəli açıqlanıb.

Presssport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) 1 pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

Əvəzində 1 pillə irəliləyən digər qrossmeysterimiz Teymur Rəcəbov (2723) 27-ci sıraya yüksəlib.

Rauf Məmmədov 2651 xalla 87-ci pilləyə enib. Nicat Abasov isə yenə ilk “100-lük”dən kənarda qalıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb. Ötən gün Avropa çempionu olan Ülviyyə Fətəliyeva (2378 xal) isə 1 pillə irəliləyərək 72-ci sıraya qalxıb.

Onu da bildirək ki, kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla 1-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC