Güləş millilərimiz Bakıda toplanış keçir

Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.

Presssport.az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yunan-Roma və qadın güləşi yığmalarımızın toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşi komandamız aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli mayın 7-dək AGF-in təlim-məşq bazasında hazırlıq keçəcək.

Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.

Olimpiadada tam heyətlə iştirak etmək hüququ qazanan sərbəst güləş millimizin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verillir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə iki dəfə taktiki-texniki məşqlər də keçirilir.

Xatırladaq ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC