Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı, beynəlxalq turnirdə iştirak edir.
Presssport.az xəbər verir ki, Elşad Quliyevin komandası turnir çərçivəsində bu gün növbəti matçına çıxıb.
Rəqib meydan sahibi olub. Millimiz monteneqrolularla görüşdən 4:2 hesabı ilə qalib ayrılıb və qrupda 2-ci yeri tutub. Azərbaycanın qollarına Vüsal Əliyev (7-ci dəqiqə), Mirkamil Əliyev (14-cü dəqiqə), Tural Nərimanov (42-ci dəqiqə) və İşqin Tağıyev (49-cu dəqiqə) imza atıb.
Reqlamentə görə, ilk iki yerin sahibləri finalda qarşılaşacaq. Bu o deməkdir ki, millimiz Rumıniya ilə həlledici matçda üz-üzə gələcəklər. Dünya çempionuyla görüş görüş Bakı vaxtilə saat 21:15-də başlayacaq.
Maraqlıdı ki, yığmamız qrupdakı ilk oyunda məhz Rumınyaya görüşərək 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Bosniya və Herseqovinaya 6:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, tarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Final mərhələsi iyunun 1-dən 9-na qədər baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC