Bakıda 50 qolfçunun iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan təmsilçisi çempion olub

"DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Trophy 2024" turniri keçirilib.

Presssport.az xəbər verir ki, turnirdə yerli qolfçularla yanaşı, ölkəmizdə yaşayan xarici qolfçular da iştirak edib. Ümumilikdə 50 qolfçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Trophy 2024" çempionu adını qazanıb.50 qolfçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Trophy 2024" çempionu adını qazanıb.

Daha sonra 2 kateqoriyada "Stableford” turniri baş tutub.

A kateqoriyasında 41 xalla Nik Hore ilk yerin sahibi olub.
Alistair Dougall 2-ci (40 xal),
Tural Vəlizadə 3-cü (38 xal) olub.

B kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla 1-ci, Con Rayt 44 xalla 2-ci, Vasso Papadopulou 42 xalla 3-cü yerə yiyələnib.
“Longest drive champion”: Elman Rzayev
“Nearest the pin champion”: Eldar Kərimov

Qalibləri mükafatlandıran Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov onları təbrik edərək yaddaqalan çıxışları ilə turnirə töhfə verdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC