Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək.
Presssport.az xəbər verir ki, eynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı 15.06.2024-cü il tarixində müəyyən ediləcək.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi.
Qeyd edək ki, iyunun 29-u start götürəcək “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı iyulun 7-də yekunlaşacaq.
Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC