"Meydanda böyük savaş getdi, bərabərlik də ədalətli nəticə olardı" - Rəşad Sadıqov

"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".

Presssport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXXIII turunun "Turan Tovuz"la (1:2) səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Əvəzetmələriniz özünü doğrultdu. Bu, əvvəlcədən planlaşdırılmış dəyişiklik idi?

  • Yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Çünki bizə qol lazım idi. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindi. Xüsusilə də texnikalı futbol oynamaq.

- Qarşıda cəmi üç tur qalıb. Keyfiyyət, yoxsa psixologiya önəmli olacaq?

- Hamısı. Artıq taktikadan çox da asılı olmayan dönəmə giririk. Ümid edirəm ki, bu mərhələdən uğurlu keçərik.

- Sizcə, Premyer Liqa klublarının baş məşqçiləri niyə bir-birinə atmacalar atır?

- Məsələnin dərinliyinə varmayacam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC