Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayev barədə sərt fikirlər səsləndirib. Presssport.az Rusiya mətbuatına istinadə ən xəbər ki, krasnodarlılar XXVII turda evdə "Axmat"a 0:1 hesabı ilə məğlub olandan sonra Mostovoy "Sabah"ın sabiq çalışdırıcısı barədə danışıb:
"İviçin istefaya göndərilməsinin səbəbini heç kim anlaya bilmədi. Bu, "Krasnodar" üçün ciddi problemdi. İkinci problem isə onun yerinə gətirilən mütəxəssisdir. Kimdir axı Musayev? O, hər nə qədər öz komandasına qayıtdığını, burda hər şeyi bildiyini desə də... Nəyi bilir? Belə çıxır ki, başqaları axmaqdır?
Heyfim gəlir "Krasnodar"a. Çempion olmaq üçün yaxşı şansları vardı. Amma bu fürsəti əldən verdilər".
Xatırladaq ki, İliç 2023-cü ilin yanvarından "Krasnodar"a rəhbərlik etsə də, bu ilin martında gözlənilmədən istefaya göndərilib. Onun yerinə isə Musayev təyin edilib. 27 turdan sonra 50 xalı olan "Krasnodar" 2-ci pillədə yer alıb. "Zenit" də eyni xala malik olsa da, 1 oyun az keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC