Millimizin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçumuz “Deqerfors”la Elit Liqa Kuboku matçında fərqlənib.
Belə ki, Musa komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.
Xatırladaq ki, Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda ümumilikdə 30 dəqiqə meydanda olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC