“Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidi”.
Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Rafiq Hüseynov deyib.
Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla uğura imza atan idmançımız 87 kq çəki dərəcəsində mübarizə aparmağın çətin, fərqlu olduğunu vurğulayıb: "Müəyyən səbəblərdən Bakıda keçirilən lisenziya xarakterli turnirdən kənar qalmışdım. Amma İstanbuldakı yarışda özümü göstərə bildim".
35 yaşlı güləşçi Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlarını söyləyib: "Qarşıda bizi güləş üzrə U-23 Avropa çempionatı gözləyir. Biz təcrübəli idmançılar gənclərə dəstək olmalıyıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunları başlayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu, karyeramda son Olimpiada olacaq".
Xatırladaq ki, Hüseynov yarımfinalda gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC