"Lisenziya qazanıb özümü sübut etdim, son Olimpiadam olacaq"

"Lisenziya qazanıb özümü sübut etdim. Şükür Allaha, yaxşı güləşdim”.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığı yarışdan sonra deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla istəyinə çatan güləşçi ən çətin görüşün Litva güləşçisinə qarşı olduğunu söyləyib: "İkiqat dünya mükafatçısıdı. Şükür Allaha, qələbə qazandım. Cavan deyiləm ki, bundan sonra Olimpiadada iştirak edim. Bir medalım var, 2-cisi üçün çalışacam. Bütün gücümü medal qazanmağa yönəldəcəm. Demək olar ki, sonuncu Olimpiadamdı".

Xatırladaq ki, güləşçilərimizdən Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) da Olimpiya lisenziyasına sahib çıxıb. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC