Qadın güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayır

Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Presssport.az xəbər verir ki, turnirin 2-ci günündə Azərbaycanın 5 qadın güləşçisi döşək üzərinə çıxacaq.

1/8 final

50 kq. Maria Stadnik - Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

Təsnifat mərhələsi 

53 kq. Gültəkin Şirinova – Laura Hevin Avila (Kuba)

57 kq. Alena Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq. Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq. Alice Manolova – Nikol Parado (Kolumbiya)

Hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Xatırladaq ki, ötən gün yunan-Roma növü üzrə güləş yığmamızım 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya lisenziyası qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC