12 cəzalı - 1/3-i "Kəpəz"lidi

Premyer Liqada XXXIV turu 12 futbolçu cəza üzündən buraxacaq. 

Presssport.az xəbər verir ki, ən ciddi itki “Kəpəz”dədi.

Belə ki, baş məşqçi Adil Şükürov bu üzdən 4 futbolçunun xidmətindən məhrumdu. Belə ki, qapıçı İoqr Rodriges, müdafiəçi Rüfət Əhmədov vərəqə limitini aşdıqlarına, yarımmüdafiəçilər Olavale Onanuqa ilə Junior Martins isə keçən turda alqıqları qırmızı vərəqəyə görə cəzalıdı. Bu kvartet “Neftçi”ylə bugünkü səfər matçını kənardan izləyəcək. Rəqibdə isə braziliyalı müdafiəçi Yuri Matias keçən turdakı "qırmızı"nın cəzasını çəkəcək. 

“Sabah”da kapitanla vitse-kapitan - yarımmüdafiəçi Elvin Camalovla müdafiəçi Amin Seydiyev vərəqə limitini aşdıqlarına görə doğma Qəbələdə oynaya bilməyəcək. Belə ki, hər 2 futbolçu "Qəbələ"nin yetirməsidi.

“Sumqayıt”da da kapitan cəzalıdı. Bu, keçən turda qırmızı vərqə alan yarımmüdafiəçi Vüqar Mustafayevdi. O, “Səbail”lə ev matçında heyətdə olacaq. Rəqibdə isə israilli yarımmüdafiəçi Yadin Luqası vərəqə limitini aşıb. 

“Turan Tovuz”da müdafiəçilər - Bruno Qonçalveslə Roderik Millerin aldıqları qırmızı vərəqələnin cəzasını çəkəcək. Onlar “Araz-Naxçıvan”la səfər görüşündə iştirak etməyəcək.

“Zirə”də qapıçı Tyaqo Silva vərəqə limitini aşdığından “Qarabağ”a qarşı çıxış edə bilməyəcək. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC