Stadnik üçün Paris-2024-ə son şans

Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

Presssport.az xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Azərbaycan təmsilçisi Mariya Stadnik (50 kq) üçün Paris-2024-ə vəsiqə qazanmaq üçün son şansından istifadə edəcək. Stadnik ötən gün yarımfinalda məğlub olub və bu gün bürünc medal uğrunda görüşə çıxacaq. 36 yaşlı güləşçimiz qalib gələrsə, Olimpiadaya vəsiqə qazanacaq. 

Daha əvvəl qadın güləşçilərimizdən Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, yunan-Roma güləşi millimizin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC