“Qarabağ” Premyer Liqanın XXXIV turunda "Zirə" ilə bugünkü səfər matçına ciddi itkilərlə çıxacaq.
Presssport.az xəbər verir ki, Ağdam klubunun əsas heyət üzvləri - rusiyalı qapıçı Andrey Lunyovla əlcəzairli yarımmüdafiəçi oyuna hazırlıq zamanı zədələnib.
Əzələsində problem yaranan Benzia üçün mövsüm demək olar bitib. Çünki onun iki həftə komandaya kömək edə bilməyəcəyi gözlənilir. Düzdür, “Qarabağ”ı çempionatdan sonra iyunun 2-də həmin “Zirə”ylə Azərbaycan kubokunun final matçı var. Amma məsələ ondadı ki, Benziya həmin görüşdə cəzalı olduğundan oynaya bilməyəcək. Lunyovun isə bir həftə komandaya kömək edə bilməyəcəyi, Premyer Liqanın son turunda meydana çıxacağı gözlənilir.
Cinah müdafiəçiləri Toral Bayramovla monteneqrolu Marko Veşoviç isə ötən turda “Neftçi”ylə görüşdə zədələni. Veşoviçin də Benziya kimi mövsümü büşa vurmaq təhlükəsi var. Onun durumu ilə bağlı yekun qərar təkrar müayinələrdən sonra veriləcək. Qabırğasında çat olan Toralın müalicəsi isə uğurla yekunlaşıb. Onun “Zirə” ilə görüşdə meydana çıxıb-çıxmaması məşqçilər korpusunun qərarından asılıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC