“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad edibl

Bakıda yeniyetmə boksçular arasında keçiriləcək “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqları və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib.

Presssport.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Onu da bildirək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC