Azərbaycan Voleybol Federasiyası (AVF) Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edib.
Presssport.az AVF-nin mətbuat xidmətinin istinadən xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
"Tovuz" klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Onu da bildirək ki, növbəti təlim-məşq toplanışı "Gəncə" klubunun idmançıları üçün Gəncədə təşkil olunacaq. Bu məşqlər mayın 15-17-si aralığında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC