Boksçularımız Astanada beynəlxalq turnirdə mübarizəyə başlayır

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə hakim qismində yer alacaq.

Onu da bildirək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC