II Liqada mövsümün qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, "Bakı Sportinq" bu gün XXV turda öz meydanında “Dinamo”ya 4:2 hesabı ilə qalib gələrək sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Elman Sultanovun komandası xallarını 61-ə çatdırıb və ən yaxın izləyicisi "Füzuli"ni 5 xal qabaqlayır.
Bu gün həmçinin, "Füzuli"yə 2:7 hesabı ilə uduzan "Kürmük Qax"ın mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşib. Bununla da adıçəkilən komanda Region Liqasına düşüb.
Xatırladaq ki, reqlamentə əsasən II Liqanın qalibi yeni mövsümdən I Liqada çıxış etməlidi.
I Liqada sonuncu olacağı dəqiqləşən “Araz Saatlı” yeni mövsümdən II Liqada oynayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC