Azərbaycanın gənc (U-20) yunan-Roma güləşçiləri Rusiyanın Kaspiysk şəhərində Surakat Asiyatilov Memorialında iştirak edib.
Presssport.az Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 7 ölkədən 190 güləşçinin qatıldığı xatirə turnirində məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında müvafiq yarş qrupu üzrə milli komandanın üzvləri yer alıb.
Ənənəvi yarışda 3 güləşçimiz fəxri kürsüyə qalxıb. Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.
Mayın 11-dən 13-dək keçirilən Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC