"Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəyimizə inanıram" - millimizin üzvü

“Mayın 17-də mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq. 1-ci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardır. Qarşılaşmalar çətin olacaq”. 

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Roman Qurskiy deyib.

Yığmamızın toppaylayıcısı Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını söyləyib: "Bu il yığma komandamızda gənc oyunçular da çoxdur. Əsas voleybolçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq".

Xatırladaq ki, milli komandamız Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək. Mayın 19-da isə yığmamız Ukrayna ilə qarşılaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC