Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər iş başında olacaq.
Presssport.az xəbər verir ki, xarici referilər yaşıl meydanda deyil, VAR-da yer alacaqlar. Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. Görünür, son zamanlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.
Xatırladaq ki, 35-ci turda “Sabah” - “Sumqayıt”, “Səbail” - “Neftçi”, “Kəpəz” - “Zirə” matçları eyni vaxtda başlayacaq (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC