Bu gün I Liqada cari mövsümün çempionu müəyyənləşə bilərdi.
Presssport.az xəbər verir ki, XXVI turda lider “Qaradağ Lökbatan” doğma meydanda, turnir cədvəlində ən yaxın izləyicisi “Şamaxı”nıl qəbul edib.
Çempionluq şansları daha çox olan lökbatanlılar rəqibini məğlub edəcəkləri təqdirdə, sona 1 tur qalmış onunla xal fərqini 5-ə yüksəldəcək və bununla da cari mövsümün qalibi adını qazanacaqdı. Amma "Şamaxı" əzmkar qələbə qazanaraq zirvəyə yüksəldi. Bu, kapitan Emin Zamanovun het-triki sayəsində reallaşdı.
Digər görüşdə “İmişli” “Araz Saatlı”nın qonağı olacaq. II Liqaya düşən son pillənin sahibi gözlənilmədən qələbə qazanıb - 2:1.
16 may (cümə axşamı)
17:00. "Qaradağ Lökbatan" - "Şamaxı" - 2:3 (2-ci hissə)
Qollar: Seyxan Fərəcov, 14-pen, Xəlil Bəşirli, 42 - Emin Zamanov, 31-pen, 48, 52
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC