Sərxan Hacıyev Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi: "Bunun da həlledici matçlara müsbət təsir edəcəyini düşünürəm"

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Premyer Liqanın bu həftəsonu keçiriləcək 1 və ya 2 oyunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqləyib.

Presssport.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışıb.

Hacıyev avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq, AFFA-nın bu cür addım atdığını diqqətə çatdırıb: “Qərara alınıb ki, hər hansısa bir fors-major hadisə olmayacağı təqdirdə ilk dəfə bu həftəsonu keçiriləcək 1 və ya 2 oyuna beynəlxalq VAR hakimi dəvət olunsun, matçlarda bizim meydanda hakimlərə köməklik etsinlər. Belə bir təcrübə VAR-la bağlı ilk dəfə həyata keçiriləcək. Bu günədək beynəlxalq VAR hakimi Azərbaycan Premyer Liqasında hər hansısa oyuna təyinat almayıb. Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm. Nəzərə alsaq ki, yarışın bitməsinə 2 tur qalıb. Həlledici oyunlar var. Müəyyən komandaların avrokubok talelərini həll edəcək bir neçə matç qalıb".

O, VAR hakimlərinin hansı ölkədən olacağı ilə bağlı bu dəqiqə açıqlama verə bilmədiklərini söyləyib: “Hakimlərin adlarını turdan bir gün öncə açıqlana biləcəyik”.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC