"Füzuli" II Liqada 4-cü olsa belə, bu, onun üçün yaxşı nəticə sayılacaq: "Qürur duyuram ki, o nailiyyətin altında imzam var"

PFL-in yeni yaratdığı II Liqada mövsüm bitir. Son 1 tur qalmış çempion məlum olsa, gümüş və bürünc medalçılar hələ dəqiqləşməyib. "Gümüş"ə ən yüksək şansı olan “Füzuli”nin icraçı direktoru Vasif İsmayılov Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən danışıb. 

- Mövsüm bitmək üzrədi. Çempion ola bilmədiniz, amma medal şansınız yüksəkdi. Özü də gümüş medalçı ola bilərsiniz. II Liqada ilk mövdümünə necə dəyərləndirə bilərsiniz?

- Çempion ola bilməməyimizə itirdiyimiz yersiz xal itkiləri, əldən qaçırdığımız çoxsaylı qol şansları əsas təsir göstərdi. Yenə də demək olaraq peşəkar liqada debütümzdə öz sözümüzü deyə bildik. II Liqaya yarımpeşəkar deyilsə də, inanın ki, hər şey orda peşəkar səviyyədə idi. Sadəcə, adını yarımpeşəkar qoyublar ki, orda oynayan futbolçular həvəskar sayılaraq minifutbola və s. gedib oynaya bilsinlər. PFL-in keçirdiyi liqada ilk ilimizə görə bu nəticəmiz mənim üçün çox böyük nailiyyətdi. Bu, birgə kollektivimizin işinin bəhrəsidi. Çox istərdim ki, yekunda mükafatçılar sırasında olaq. Elə bir uğurumuz olsa, o boyda əziyyətin altında imzamı atmış olarıq. Bilirsiniz ki, komandanın yığılmasında 90 faiz iştirak etmişəm. İcraçı direktor yox, hər bir işdə iştirak etmişəm. Hətta “Füzuli”nin "Facebook" səhifəsində şəxsən özüm işlədirəm. Bir sözlə, hər bir xırda işlə məşğulam, bütün yükü daşıyıram. “Füzuli” mükafatçılar sırasına düşməsə belə, bu, uğursuz nəticə olmayacaq. Çünki bu 30 ildə Füzulinin peşəkar liqada təmsilçisi olmamışdı və debüt mövsümündə yaxşı çıxış etdi. Qürur duyuram ki, o nailiyyətin altında imzam var. 

- Hazırda 2-ci yerdəsiniz və dediyim kimi, gümüş medalçınız olmağınız realdı. Necə deyərlər, hər şey öz əlinizdədi və son turda “Cəbrayıl”ı udsanız, bu, reallaşacaq. Buna nail ola biləcəksiniz?

- Futboldu, əvvəldən heç kim bilmir. Uduzub 3-cü, hətta 4-cü pilləyə də düşüb medallardan da kənar qala bilərik. Təkcə özümü yox, hamılıqla komanda şəklində bu yükü çiyinlərimizdə daşıyırıq və buna görə 4-cü yer belə mənim üçün nailiyyətdi. Çünki dediyim kimi, bu 30 ildə Füzülidə futbol olmayıb və ilk olaraq həvəskar liqada oynamışıq. Bu mövsüm isə PFL II Liqa yaratdı və ora qatıldıq. Ən az məğlubiyyətdi bizdədi - 1. Bu say hətta çempion “Baku Sportinq”dən də azdı. Rekordlar bizdədi - liqamızda ilk qolu da biz vurmuşuq, futbolçumuz Elvin Nəsibov 1 oyunda 7 qol vuraraq tarixə düşüb. Onun bu nailiyyətinə görə çox sevindim. Bunlar hamısı necə ilin əziyyətidi. Hamı bilir ki, dövlət işində çalışıram və işdən çıxıb məşq olan günləri 300 km məsafə qət edərək paytaxta gəlirəm. Füzuli rayon Mərkəzi Xəstəxansınada maliyyə üzrə direktoram, maliyyə də çox ağır işdi. Onu idarə etmək böyük bir yükdü. İnanırsınız, hərdən özüm özümlə fəxr edirəm ki, necə ağır bir rejimim var və bütün bu işləri çatdırıram. Buna görə təvazökarlıqdan uzaq çıxmasın, özüm özümə heyranam. Üç saata Bakıya özümü çatdırıb məşqlərdə iştirak etmişəm. Bütün bunlar komandamıza, doğma rayonumuza olan sevgidən irəli gəlir. Fürsətdən istifadə edərək saytınız vasitəsilə mənə bu şərait yaradan xəstəxanamızın rəhbərliyinə - Elçin Qurbanovla Tahir İsmayılova minnətdarlığımı bildirirəm.

  • - Hücumçunuz Elvin Nəsibovun 1 oyunda 7 qol vurmasını necə şərh edərdiniz?
  • - İnandırım sizi ki, qələbədən çox Elvinin bu göstəricisinə sevindim. O, bombardirliyə oynayırdı, 2-ci yerdə idi və bunu qarantiyalamışdı. Elvinə demişdim ki, "Kürmük Qax" bombardirlər yarışında 1-ci pilləyə qalxmağın çox gözəl bir şansdı. Oyundan qabaq da uşaqlara tapşırıq verdik ki, bütün topları Elvinə ötürün, o qol vursun. Yəni, sözdə yox, əməldə buna şərait yaratmaq lazımdı. Bütün komanda olaraq istəyirdik ki, Nəsibov bombardir olsun və bunun üçün onu topla təmin edək. Düzdür, çemponluq əldən getmişdi və Elvin bombardir olmağıyla təsəlli tapdıq. Uşaqlar da sağ olsun ki, xəsislik eləmədilər, özləri qol vura bildikləriklə halda belə, Elvinə məhsuldar ötürmə verdilər. Oyunu udmaqdan çox hamı meydanda Elvini gəzirdi. Bu da da normal şeydi. Niyə də normal olmasın? Məsələni həll elədik, bildik ki, bu rəqibi rahat şəkildə keçəcəyik, sonra bütün topları Elvinə ötürdük və da Allaha şükür, şanslarından istifadə etdi. Hətta sizə deyim ki, daha 1-2 real qol imkanı vardı, onları qaçırdı. Bu, olmasaydı, əvvəl Azərbaycan çempionatda 1 oyunda 7 qol vurmuş 2 futbolçunun rekordunu qıraraq yeni rekord müəyyənləşdirəcəkdi. Bir epizod vardı, penalti olacağını gözləyirdik. Bu, olsaydı, onu Nəsibovun vuracağına şərait yaradacaqdıq. Amma o da penalti olmadı.
  • - Rauf Quliyevin prezident postundan gedişişi komandaya nə dərəcədə təsir göstərir?
  • - Belə deyək, Rauf müəllimin komandada həm təsisçi payı var, həm də İdarə Heyətimizin üzvüdü. Sadəcə, həm işlərinə, həm də səhhətinə görə belə alındı. Onun ürəyində problem var, stent qoyulub. Bu üzdən ona həyəcanlanmaq olmaz. Əslində, yanvardan getməli idi. Mən saxlamışdım ki, hələ olmaz. Nəticədə 3 ay da postunda qaldı. Prezidentlikdən getsə də, yenə yanımızadı, İdarə Heyətinin üzvüdü, komandada təsisçi payı var. İndiki vəziyyətdə prezidentimiz yoxdu. İnşallah, bu, gələcəyin məsələsidi. Növbəti mövsümdə yeni təyinat yüz faiz olacaq. 
  • - Minifutbolda da sizi gördük….
  • - Bəli, mövsümü bürünc medalla vuran “Real Bakı”nın rəhbərliyində də təmsil olunuram. Həmin komandada bizim uşaqlar çoxdu. Çempionat başlayandan onların yanında idim. “Füzuli”ylə matçlarımız üst-üstə düşmədiyimdən, hər iki komandada ola bilirdim. Bilirsiniz, minifutbol çıxış edənlərin 90 faizi futbolçularım olub. “Birbaşa Bakı”yla çempion olan Eşqin Tağıyevi böyük futbola mən gətirmişəm. Sevinirəm ki, bu liqada da mövsümü medalçı olduq. 

 

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC