Orxan Məmmədov: "Bu illərdə yol qət edərək, minifutbolu sevdirməyi bacarmışıq"

2025-ci ildə minifutbol üzrə dünya çempionatı Azərbaycanda təşkil olunacaq.

Presssport.az xəbər verir ki, mundialın təqdimat mərasimi zamanı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək, ölkəmizdə idmanın bu növünün sevildiyini vurğulayıb: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açıq elan edirik. Böyük turnirlərin keçirilməsi gözəl paytaxtımız üçün yenilik deyil. Amma gənc federasiyamız üçün vacibdir. Qısa olaraq tarixə və keçdiyimiz yola nəzər salsaq, görərik ki, 17 il öncə minifutbol həvəskarları üçün paytaxtda futbol meydançaları qurmağa başladıq. Xüsusən də sahibkarlar buna maraq göstərir. Artıq 17 il keçib və bu gün ancaq Bakıda 40-a yaxın minifutbol meydançası fəaliyyət göstərir. Həmin stadionlar 150 mindən çox idmançıya xidmət göstərilir. Bu gün minifutbol tanınmış və sevilən idman növünə çevrilib. Bu illərdə yol qət edərək, minifutbolu sevdirməyi bacarmışıq. Həvəskar futbola peşəkar yanaşma var.

Artıq zaman keçdikcə görürük ki, bu məsələyə daha peşəkar yanaşmaq lazımdı".

Məmmədov rəhbəri olduğu federasiyanın 2017-ci ildə təsis olunduğunu xatırladıb: “Gənc federasiya idik və o zaman xüsusi dəstəyə ehtiyacımız var idi. Dövlətimizə müraciət edərək, bu dəstəyi almışdıq. Gənclər və İdman nazilriyinə təşəkkür edirəm. Hələ 2017-ci ildə təsis olunduğumuza mərhum Azad Rəhimova müraciət etmişdik və bizə dəstək göstərdi. Bu gün də gənc nazirimiz Fərid bəy hər birimizə dəstəkdir. Ona xüsusi təşəkkür bildirirəm. AFFA-ya da təşəkkür edirik ki, bizləri yaddan çıxarmır”.

AMF başçısı onu da söyləyib ki, bu gü uğurlu şəkildə minifutbol üzrə Azərbaycan çempionatını da, özü də xüsusi peşəkarlıqla təşkil edirlər: “Komandalarımız beynəlxalq turnirlərdə də iştirak edir. Ən böyük nailiyyətimiz 2022-ci ildə Avropa çempionu olmağımızdı. Həmin çempionatda millimiz tarixində ən böyük nəticəni əldə etmişdi. Dünya çempionatında da 4-cü yeri tutduq. Bu nəticələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və minifutbola dəstək olub. Ölkə rəhbəri tərəfindən hər idmana olduğu kimi, minifutbola da dəstək var. Cənab prezident İlham Əliyev bizi Avropa çempionatından sonra qəbul etdi. Maliyyə dəstəyi göstərdi. Federasiyamız qlobal şəkildə minifutbolunun populyarlığına çalışır”.

Məmmədov öz təcrübələrini dünya federasiyaları ilə bölüşməyə hazır olduqlarını da bəyan edib: “Bu məqsədlə 2025-ci il dünya çempionatının Bakıda keçirilməsi üçün dünya federasiyasına müraciət etmişik. Dünya Minifutbol Federasiyası (DMF) və xüsusilə, hörmətli prezidenti Filip Juda ilə münasibətimiz yaxşıdı. O, dəfələrlə Azərbaycanda olub, turnirlərimizdə iştirak edib. Hətta başqa turnirlərdə də onu ölkəmizə dəvət etmişdik. Onlar özləri öz gözləri ilə Azərbaycanın inkişafını, ölkəmizin tədbirləri necə yüksək səviyyədə keçirdiyini gördülər. Beynəlxalq tələblərə cavab verən arenalarımız var. Əminik ki, böyük turnilər üçün federasiya kimi hazırıq. Federasiyamız DMF tərəfindən ölkəmizə göstərilən dəstəyə görə təşəkkür edir. Əminik ki, işbirliyimiz uzun müddət davam edəcək, federasiya olaraq yeni uğurlar əldə edəcəyik".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC