Azərbaycanın atletika millisi mayın 25-26-da Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək.
Presssport.az Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız yarışda 7 idmançı ilə təmsil olunacaq.
Bunlar Yekaterina Sarıyeva, Rüstəm Məmmədov (hər ikisi üçtəkanla tullanma), Fəridə Rzayeva (100 və 200 metr qaçış), Bəxtiyar Əsgərli (800 və 1500 m qaçış), Nazim Babayev, Kəsgin Abbaszadə (uzunluğa tullanma) və İsmayıl Əliyevdir (nüvə itələmə və lövhə atma).
Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına və İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına lisenziya xarakteri daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC