Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Presssport.az AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 2-dək təşkil olunacaq turnirin reqlamentə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaq.

İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC