"Kəpəz"lə 2 variant müzakirə olunub - "Qəbələ" PFL-ə nəyə hazır olduğunu bildirib?

“Kəpəz” rəhbərliyi ilə məkanla bağlı ancaq 2 məsələ üzərində danışmışıq - Qəbələ və Tovuz. “Dalğa Arena”da oynamaq məsələsini bu mövsüm müzakirə etməmişik". Bu fikirləri Presssport.az-a açıqlamasında PFL-in texniki-idman direktoru Elgiz Abbasov deyib.

Məlumdu ki, Gəncə şəhər stadionu söküləndən sonra yerli "Kəpəz" keçən ilin sonunadək Tovuzda rəqiblərini qəbul etdi, qış fasiləsindən sonra isə məkan olaraq Gəncəni seçib. Abbasovun sözlərinə görə, “Kəpəz" rəhbərliyi ilə ev oyunlarını paytaxtda keçirməklə bağlı heç bir müzakiləri olmayıb: “Gəncə klubunun qarşıdakı turlarda açıqlanan ev oyunlarından - hansılar ki Qəbələdə olacaq  sonra Qəbələdə, yaxud Tovuzda qəbul edəcəyini tam deyə bilməyəcəm. Amma bir şeyə əminəm ki, ”Qəbələ" klubu bizə göndərdiyi razılıq məktubunda mövsümün sonunadək "Kəpəz"in ev oyunlarını qəbul etməyə hazır olduğunu bildirib. Yəni, stadionu bu baxımdan hazır hesab olunur. Amma “Kəpəz” tərəfinin hansı addım atacağı bizə hələ məlum deyil. Çünki Əsasnaməyə görə, turdan ən azı 10 gün öncə bizə məlumat verməlidirlər. Bu gün də onların tələsəcəyi bir yer yoxdu. Çünki fevralın sonunadək ev oyunlarını harda keçirəcəyini bilirik. Bizim üçün PFL olaraq fərq etmir - klub turun oyununa 10 gün öncədən məlumat versə ki, misal üçün bu stadionda oynayıram, bu, bizim üçün prinsipial məsələ deyil. Çünki ev oyunlarını qəbul etmək üçün stadion sayı məhdudiyyəti yoxdu . Rəqiblərini 2-3 stadionda qəbul edə bilər, problem deyil. Yetər ki, cari mövsüm üçün PFL tərəfindən Premyer Liqaya qəbul olunmuş stadion olsun". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC