Almaniya kubokunun qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, həlledici matçda "Bayer" "Kayzerslautern"lə qarşılaşıb.
Leverkuzen təmsilçisi 1:0 hesabı ilə qalib gələrəl kubokun sahibi olub.
Qələbə topunun müəllifi 17-ci dəqiqədə fərqlənən təcrübəli yarımmüdafiəçi Qranit Caka olub.
Maraqlıdı ki, Xabi Alonsonun komandası bir hissə - 44-cü dəqiqədə futbolçusu qırmızı vərəqə alaraq azlıqad oynamasına baxmayaraq, üstünlüyünü əldən verməyib.
Bu, “Bayer”in tarixində 2-ci Almaniya kubokudu. Daha əvvəl leverkuzenlilər bu kuboku 1992/93 mövsümündə qazanmışdı.
Xatırladaq ki, bu mövsüm Almaniya çempionu da olan “Bayer” Avropa Liqasının finalına yüksələrək İtaliya “Atalanta”sına 0:3 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC