"Mövsümə çətin başlamışdıq. Sonra toparlana bildik və yaxşı oyunlar göstərdik. Çətin başlayıb, sonluğu yaxşı bitirdik".
Presssport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Misli Premyer Liqasının XXXVI turu bitdikdən sonra baş tutan mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.
Millimizin üzvü olan təcrübəli müdafiəçi qarşıdan gələn Azərbaycan Kubokunun final matçında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini də bölüşüb: “Bu komandayla final görüşü çətin olacaq. Rəqibi tanıyırıq. Çox yaxşı müdafiə olunmağı bacaran komandadı. Bizi nəyin gözlədiyinin fərqindəyik. Buna uyğun hazırlaşacağıq. Mövsüm ərzindəki səhvlərimizdən nəticə çıxarıb Çempionlar Liqasında daha uğurlu olmaq istəyirik".
Xatırladaq ki, “Qarabağ”la “Zirə” arasında final matçı iyunun 2-də saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC