Millimizə Avropa çempionluğu qazandıran qolun müəllifi: "Məqsədimiz yenidən qitənin ən güclüsü olmaqdı"

Minifutbol üzrə Azərbaycan milli komandasının kapitanı Seymur Məmmədov brifinq keçirib.

Presssport.az xəbər verir ki, təcrübəli futbolçu ilk olaraq mllidəki ab-hava haqda danışıb: "Komandada ab-hava çox yaxşıdı, təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərimizlə hər incə detalın üzərində işləmişik. Düşünürəm ki, Avropa çempionatına hazırıq.

Maksimum nəticəni əldə etməyə çalışacağıq. Məqsədimiz yenidən Avropa çempionu olmaqdı".

Son Avropa çempionatında çempionluq qolunu məhz Seymur vurdu. Maraqlıdı, o, bunu yenə bacaracaq? “Deməzdim ki, qələbəni qol vurmağım gətirdi. Bütün uşaqların əziyyəti var idi. Sadəcə, finalda qol vurmaq mənə qismət oldu. Qolu kimin vurmasının heç bir fərqi yoxdu. Bizə qələbə lazımdı. Azərbaycan xalqına qələbə sevinci bəxş etmək istəyirik”.

Məmmədov Azərbaycan çempionatının sonuna yaxın zədəli idin. O, hazırkı durumu haqda da danışıb: “Tam hazıram. Rəhbərlik hər şey etdi. Müalicəm və reablitasiyam yaxşı keçdi”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC