Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Presssport.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.
92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 final çərçivəsində qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC