Bakıda AFFA-nın təşkilatçılığı, UEFA-nın, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün təşkil olunan “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar “ASCO Arena”da futbol festivalı keçirilib.
Presssport.az xəbər verir ki, qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçirib.
Sonda iştirakçılar müvafiq diplomlarla təltif edilib.
Onu da bildirək ki, festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC