Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə keçirilən padel tennisi üzrə "Sea Breeze Padel Cup" turnirinin mükafat fondu açıqlanıb.
Presssport.az ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro mükafat veriləcək.
Yarışda yerli idmançılarla yanaşı, Bolqarıstan, Türkiyə, Gürcüstan və Səudiyyə Ərəbistanı tennisçiləri də bacarıqlarını göstərir.
Ümumilikdə 50-dən artıq tennisçinin mübarizə apardığı yarışda mayın 30-da ilk mərhələ yekunlaşacaq. Bir gün sonra isə 2-ci mərhələ başlayacaq.
Turnirə iyunun 2-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC