Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir. Presssport.az xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın iki idmançısı medal qazanıb. Belə ki, yunan-Roma güləşçisi Sənan Süleymanov 77 kq çəki dərəcəsində qızıl medala yiyələnib. O, finalda macarıstanlı Joltan Levaya 5:0 hesabıyla qalib gələrək çempion olub. Bu, Azərbaycanın turnirdəki ilk qızıl medalıdı. Qadınlardan isə Alyona Kolesnik bürünc medalın sahibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC