"Onlarla qarşılaşmağı heç istəmirdim, bu baxımdan bəxtimiz gətirdi" - Borisov

Futzal millimizin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdüyünü vurğulayıb: "Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək. Əlbəttə, hər şey özümüzdən, hazırlığımızdan asılıdır. Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güçlü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq".

O, İspaniya, Portuqaliya və Qazaxıstan kimi komandalarla qarşılaşmayacaqları üçün şanslı olduqlarını deyib: "İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim, bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə, bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güçlü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.

Xatırladaq ki, Azərbaycan millisi həlledici mərhələyə yüksəlmək üçün Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC