Azərbaycan bədii gimnastları iyunun 1-də Monteneqronun Budva şəhərində start götürəcək “Montenegro Cup”da iştirak edəcək.
Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 gün davam edəcək yarışda böyüklər arasında Mədinə Dəmirova və Zəhra Cəfərova bacarıqlarını göstərməyə çalışacaq.
Gənclər arasında Nilufər Oruclu ilə Şəms Müvəffəqi, yeniyetmələrdə isə Məryəm Baloğlanova və Nur Sadıqova mübarizə aparacaq.
Onlar məşqçilər Valentina Ukleyna və Darya Lehkanın rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Turnirdə azərbaycanlı hakimlər Aliyə Paşayevə və Aysel Həsənova ədaləti qoruyacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC