Tsxadadzanin Azərbaycanda başqa təklifi olub: "Hətta görüşmüşdülər də, sadəcə, bunu..."

“Tsxadadzeylə əvvəlki müqaviləsində şərtlər başqa idi, indi başqadı. Yeni gələndə onunla danışmışdıq və o vaxt da başa düşürdük ki, bir az vəziyyət ağırdı, komanda I Liqaya düşə bilər. Onda hər 2 hal üçün danışığımız olmuşdu ki, I Liqaya yollansaq, davam etmək ehtimalıyla bağlı söhbətləşmişdik". 

Bu fikirləri Presssport.az-a açıqlamasında I Liqaya düşən “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib. Gürcü baş məşqçi Kaxaber Tsxadadzeylə müqavilənin uzadılmasının detallarından danışan klub rəsmisi əməkdaşlığının davam etdirilməsiylə bağlı tərəflərin heç bir tərəddüdün olmadığını vurğulayıb: “Nə onda, nə də bizdə heç bir tərəddüd yox idi. Sadəcə, qışda bağladığımız 1,5 illik müqavilənin şərtləri başqa idi. İndisə yeni müqavilə imzalamışıq - 3 illik. Burda əsas fərq maddi şərtləriylə bağlıdı. Ondakı anlaşmanın müddəti indikindən xeyli az idi. İndi 3 illik bir şey fikirləşirik ki, buna görə bütün şərtləri bəri başdan danışdıq. Burda mükafatlar, fərqli şeylər vardı. 3 illik strategfiyamız var və onu həyata keçirmək üçün klub rəhbərliyi olaraq seçimimiz kimi Kaxanın üzərində dayandıq. Əlbəttə, Premyer Liqadan düşəndən sonra büdcəmiz fərqli olduğundan, o da maddi cəhətdən nələrəsə güzəştə getdi. Əslində, şifahi şəkildə 2 həftə danışıb razılaşmışdıq. Sadəcə, detallar qalmışdı".

Səfiyarlı 56 yaşlı Tsxadadzenin başqa təkliflərinin olduğunu gizlətməyib: “Hətta Azərbaycandan belə təklifi vardı. Görüşmüşdülər də. Sadəcə, bunu nəzkaət xətrinə etmişdi. Amma qərarı aydın idi ki, bizdə qalacaq. Həmin klubun adını deyə bilmərəm".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC