Qurban Qurbanov Rəşad Sadıqovu finalda nəticəyə oynamağı bacaran məşqçi sayır: "Futbolçularım evə getmək istəyirdi..."

"Qarabağ" Azərbaycan Kubokunun final matçı çərçivəsində sabah "Zirə" ilə üz-üzə gələcək.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurbanov ilk olaraq sabahkı matç haqda fikirlərini bölüşüb.

- Çox istəyərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. "Zirə"yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də son matçlarda. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. Rəqibimiz Premyer Liqada 2-ci yeri tutub. "Zirə" üçün çox yaxşı, böyük nəticədi. Finalı daha rahat oynayacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyird, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Nəticə üçün ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oynamağa çalışacağıq.

- Dediniz ki, "Zirə" matça rahat çıxacaq. Bu məqam işinizi daha da çətinləşdirəcək? 

- Üstünlükləri olacaq. Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə "Zirə"yə qalib gəlmişdik. Elə o vaxt da rəqibimiz7n qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə matçlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları "Zirə"nin oyuna daha rahat, güvənli çıxmasına kömək olacaq. Komanda avrokuboklara çıxırsa, bu da tituldu. "Zirə"nin də şansları var ki, 2-ci titulu əldə etsin. Bizim də şansımız var. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin 2-ci yeri tutması "Zirə"nin üstünlükləridi.

- Penaltilərə hazırlaşmısınız?

- Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm.

- Sizcə, finalların taleyini əsas nə həll edir?

- Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük, ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, II Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsin. Belə oyunlarda futbolçularımı psixoloji cəhətdən hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama, sərbəst və soyuqqanlı şəkildə oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq.

- Qapı xəttində rotasiya ola bilər? Hər üç qapıçının ayrılacağı deyilir...

- Oyundan qabaq heç vaxt deməmişəm. Amma üstünlük Andrey Lunyovdadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC