Millimiz Avropa çempionatına inamlı qələbəylə başladı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatında milli komandamız ilk oyununu keçirib.

Presssport.az xəbər verir ki, F qrupunda mübarizə aparan Elşad Quliyevin yetirmələri ilk oyununda Belçika yığması ilə üz-üzə gəlib.

Görüşdə rəqibindən üstün olan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib. Oyunda hesabı Vüsal İsayev açıb. İlk yarını minimal hesabda öndə tamamlayan millimiz ikinci hissədə üstünlüyünü artırıb. Bu dəfə Təmkin Xəlilzadənin ötürməsindən sonra yenə İsayev fərqlənib -  2:0. Bir qədər sonra Samir Həmzəyev 3-cü topu belçikalıların qapısından keçirib. Beləcə rəqibini 3:0 hesabı ilə məğlub edən milli komandamız Avropa çempionatına qələbə ilə başlayıb.

Elşad Quliyevin komandası qrupda növbəti görüşlərini İtaliya (3 iyun) və Fransa (4 iyun) yığmalarına qarşı keçirəcək. 

Xatırladaq ki, Azərbaycan millisi hazırkı Avropa çempionudu. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC