Maksim Medvedev karyerasını başa vurdu - Tahir Gözəldən "552" xatirə hədiyyəsi

"Qarabağ"ın kapitanı Maksim Medvedev futbolçu karyerasını başa vurub.

Presssport.az xəbər verir ki, bu barədə Ağdam klubunun "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Kubokunun final oyununda məlumat verilib.

Belə ki, Mərdəkandakı qarşılaşmadan əvvəl 35 yaşlə müdafiəçiyə klub prezident Tahir Gözəl tərəfindən xatirə hədiyyələri təqdim edilib. Bunlardan biri arxasında 552 yazılan forma olub. O, karyerası yalnız bağlı olduğu “Qarabağ”da bu sayda oyun keçirib.

Medvedev bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb.

Xatırladaq ki, Maksi 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib. O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC