"Qarabağ"ın legioneri Olavio Juninyo Azərbaycan Kubokunun "Zirə" ilə final matçından (2:1) sonra jurnalistlərin suallarını cavablabdırıb.
Presssport.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu əvvəlcə Premyer Liqanı və ölkə kubokunu qazanaraq "qızıl dubl" etməklərindən danışaraq çox sevincli olduğunu söyləyib:
"Mövsümün əvvəlində qarşıya qoyduğumuz hədəflərə çatdıq. Ağır zəhmətimizin nəticəsini aldıq. Həm ölkə kubokunda, həm də Premyer Liqada qalib olduq. Buna görə çox sevincliyik. Təxminən 1 ay yarım sonra daha nüfuzlu, məsuliyyətli yarış başlayır. İstirahətdən sonra həmin yarışa hazırlaşacağıq".
Juninyo son oyunlarda əvvəlki formasını nümayiş etdirə bilməməsinin səbəbini belə izah edib: "Əslində, asan deyil. Çempionluğu erkən əldə etdik. Titulu qazandıqdan sonra istənilən halda, oyunlara köklənmək asan olmur. Amma buna baxmayaraq, baş məşqçimiz həmişə çalışırdı ki, bizi oyuna kökləsin, motivasiya etsin. İstənilən halda, mövsümün uğurlu nəticələnməsinə görə çox sevincliyik. Bu gün də növbəti titulu əldə etdik. Buna görə çox məmnunam".
Forvard bu yay klubunu dəyşib-dəyişməyəcəyi barədə sualı da cavablandırıb: "Qarabağ"la hələ 2 illik müqaviləm var. Düzdür, gələcəyi müəyyənləşdirmək əlimdə deyil, Tanrıya məxsusdur. Ona görə də indi sadəcə, istirahət haqqında düşünürəm".
Xatırladaq ki, ötən ilin yayından Ağdam təmsilçisində oynayan Juninyo bu müddət ərzində 55 matça çıxıb, 31 qol vurub və 11 məhsuldar ötürməsi verib. O, finalda da fərqlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC