Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununa təyinat alıb.
Presssport.az xəbər verir ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək.
Əli Əliyev isə qarşılaşmanın 4-cü hakimi olacaq.
Tiflisdəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC