Avarçəkənlərimiz Uralskdakı turnirdə 8 medal qazanıb

Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan kayak və kanoe üzrə turnirdə 8 medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Presssport.az-a verilən məlumata görə, təmsilçilərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə edib.

Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. O, 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci olub. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni üçüncü bitirib.

Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci tamamalayıb. Vacib Babayek - Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.

Onu da bildirək ki, yarışa 5 ölkədən 10-a yaxın komanda mübarizə aparıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC