İyunun 6-9-u aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində Azərbaycanın 12 güləşçisi mübarizə aparacaq.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcək.
Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq), Sənan Süleymanov (77 kq) və Beka Kandelaki (130 kq) mübarizə aparacaq. Zədə səbəbindən Rafiq Hüseynovla (87 kq) Sabah Şəriəti (130 kq) reytinq turnirində iştirak etməyəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.
İlk yarış günündə Əliabbas, Hacı, Maqomedxan və Giorgi xalça üzərinə çıxacaq. Növbəti gün Turan çıxış edəcək. İyunun 8-də Nihat, Murad və Beka mübarizə aparacaq. Son yarış günündə isə Eldəniz, Ülvü, Həsrət və Sənan güləşəcək.
Macarıstanda II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC